Butagroup

İstixana müdürünün müavini

Bakı, Azərbaycan

12.10.21


Qeyd

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

·        İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərini təşkil edir və prosesə nəzarət edir;

·        İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;

·        İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;

·        Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.

·        Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;

·        İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

·        Ali təhsil. (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və s. üstünlükdür);

·        Rəhbər vəzifədə 5 ilik iş təcrübəsi;

·        Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər;

·        İstixana sahəsində rəhbərlik təcrübəsi ;

·        Rus və ya ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək;

İŞ ŞƏRAİTİ:

·        İstixana Kompleksi Zirə qəsəbəsində yerləşir;

·        İş qrafiki: həftəiçi 6 gün, saat 09:00-dan 17:00-dək, şənbə 09:00-dan 14:00-dək

Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “İstixana kompleksi rəhbərinin müavini” qeyd edərək gb.orucova@butagroup.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar Elanlar